Baş məşqçi yeniyetmə cüdoçuların Sloveniyadakı çıxışlarını dəyərləndirib

“Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına ikinci heyətlə yollanmışdıq”.

Bunu “Report”a yeniyetmə cüdoçulardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli deyib.

Onun sözlərinə görə, komanda 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb:

“Hesab edirəm ki, çox yaxşı nəticədir. İrəlidə bizi Zaqreb şəhərində keçiriləcək Dünya çempionatı gözləyir. Hazırda birinci heyət ora hazırlaşır. Ümidvaram orada da yaxşı nəticə göstərərik”.

Poliqon.info