Daşkəsəndə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb - Təfərrüat

Daşkəsəndə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb....

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Röyal Hidayət oğlu Allahverdiyevlə həyat yoldaşı Aytən İsa qızı Quliyeva arasında yaşadıqları evdə mübahisə olub.

R.Allahverdiyev daha sonra icarəyə götürdüyü obyektə gedib.

Həyat yoldaşı ilə əvvəllər də mübahisələri olan qadın Göygöl rayon Yeni Qızılca kəndində yaşayan atasına zəng edərək məsələni ona bildirib. 1965-ci il təvəllüdlü İsa Quliyev qızı ilə birgə R.Allahverdiyevin icarəyə götürdüyü obyektə (çayçı və avtoyuma) gedərək övladını aparacağını deyib. Bununla razılaşmayan kürəkən kəsici ailətlə hər ikisinə xəsarət yetirib.

Zərərçəkmişlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən R.Allahverdiyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

"Report"un Qərb bürosunun məlumatına görə, Bayan kənd sakinləri, 1965-ci il təvəllüdlü İ.Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A.Quliyeva bıçaqlanıb.

Onlar bədənin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Röyal Allahverdiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info