Avropada qazın qiyməti 300 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarından aşağı enib...

“APA-Economics” xəbər verir ki, 28 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 291,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (326,3 dollar) ilə müqayisədə 10,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Poliqon.info