Rusiya Ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin Dneprdəki binasını vurub

Dneprdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib...

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Dnepr. Cümə axşamı. Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu”, - o, Telegram kanalında yazıb. Zelenski əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Daha əvvəl Ali Radanın deputatı Maksim Bujanski şəhərin mərkəzində baş verən partlayışlar barədə məlumat verib.

Poliqon.info