Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub...

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü Vüqar Məmmədov və 1980-ci il təvəllüdlü Xalidə Asimova müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info