Ucarda ev yandı

Ucar rayonu, Gəraybəyli kəndində ev yanıb
PİA.AZ FHN-nin rəsmi saytlna istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.