Dövlət Agentliyi: "Qarabağda inşa olunacaq təhsil müəssisələrində yeni peşə ixtisasları olacaq"

"Qarabağda inşa olunacaq peşə təhsili müəssisələrində yeni peşə ixtisasları olacaq".

Poliqon.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, həmin peşə təhsili müəssisələrində həm ənənəvi, həm də yeni ixtisaslar tədris olunacaq: "Misal olaraq, Füzulidə inşa olunacaq peşə təhsili müəssisəsində kənd təsərrüfatında suvarma istiqamətində, eləcə də hava limanlarında tələb olunan bir neçə sahə üzrə ixtisas, həmçinin dronların təmiri ilə bağlı texniklərin hazırlanması üzrə ixtisasların tədrisi mümkün olacaq. Eyni zamanda informasiya texnologiyaları sahəsi üzrə də yeni proqramların yaradılması nəzərdə tutulur. Bir sözlə, azad edilən ərazilərin iqtisadi tələbləri əsas götürüləcək".

Poliqon.info