Çin Rusiyaya hərbi texnologiya ixrac edir...

Kəşfiyyat məlumatlarına görə, Çin Rusiyaya naviqasiya avadanlığı, tıxanma texnologiyası və qırıcı təyyarə hissələri tədarük edir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Agentliyin məlumatına görə Pekin Ukraynada müharibə başlayandan sonra Moskvanın daha mühüm ticarət tərəfdaşına çevrilib.

Ölkələr arasındakı ticarət dövriyyəsi artıb və bu ticarətin böyük hissəsi əsasən yuanla həyata keçirilib. İki ölkə arasında daxili ödəniş sistemlərindən istifadə də genişlənir.

Reuters qeyd edir ki, Çin, əvvəllər Avropa üçün nəzərdə tutulmuş neft və qaz da daxil olmaqla, Rusiya enerji məhsullarının idxalını artırıb.

Poliqon.info