İndiyədək Bakıda 600-ə yaxın şəxs könüllü olaraq qan verib - Yenilənib

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar Bakıda 8 məscid və ziyarətgahlarda keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva “Report”a açıqlamasında bildirib ki, qanvermə aksiyası başlayandan indiyədək paytaxtda 600 nəfərə yaxın şəxs könüllü olaraq qan verib.

O qeyd edib ki, qanvermə aksiyasına vətəndaşlar tərəfindən çox böyük maraq var: “Aksiya hazırda davam edir”.

***

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.

Poliqon.info xəbər verir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində təşkil olunub.

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Poliqon.info