İlin ikinci rübündə “Samsung”un mənfəəti təxminən iki dəfə azalıb...

“Samsung” şirkəti 2023-cü ilin ikinci rübündə mənfəətinin 95% azaldığını bildirir...

2023-cü ilin ikinci rübündə Samsung Electronics-in əməliyyat mənfəəti 668,5 milyard von (27 iyul 2023-cü il tarixinə olan məzənnə ilə təqribən 525,3 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 95% azdır.

Poliqon xəbər verir ki, bu barədə AFP Agentliyi məlumat yayıb. Agentlik yazır ki, 2023-cü ilin ikinci rübünün nəticəsi “Samsung” üçün 2009-cu ilin birinci rübündən bəri ən pis nəticə olub. Mənfəətin azalması “Samsung”un prioritet biznesi olan yaddaş çiplərinə tələbatın kəskin azalması ilə əlaqələndirilir.

Eyni zamanda, “Samsung”un dövr ərzində xalis mənfəəti 1,72 trilyon von, yəni illik müqayisədə 84,5% azalıb. Ümumilikdə satışlar 22,3% azalaraq 60 trilyon von olub.

“Yaddaş çiplərinə qlobal tələbatın ilin ikinci yarısında tədricən bərpa ediləcəyi gözlənilir ki, bu da komponent biznesi vasitəsilə şirkətin gəlirlərinin yaxşılaşmasına səbəb olmalıdır”, deyə “Samsung”dan bildiriblər.

Bundan əlavə, maliyyə səmərəliliyini bərabərləşdirmək üçün Cənubi Koreya texnoloji nəhəngi süni intellektin hazırlanması və istismarı üçün zəruri olan neyroprosessorların hazırlanması və istehsalına diqqət yetirmək niyyətindədir.

Poliqon.info