Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olundu - Yenilənib

Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, 2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.

Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.

Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir.

***

Balakən şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılıb qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.

Poliqon.info