Aşotyan Paşinyanı Qarabağla bağlı tezislərinə görə “fırıldaqçı” və “axmaq” adlandırdı

Ermənistan Respublika Partiyasının (keçmiş hakim partiya) sədr müavini Armen Aşotyan iyulun 25-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın tezislərini təhlil edərək istintaq təcridxanasından növbəti məqalə yazıb...

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, Aşotyanın ifadələrinə gprə, o məqaləsində Paşinyanın bəyanatlarının yalan, qorxu və əxlaqsız qiymətlərlə dolu olmaqla yanaşı, həm də hökumət başçısının kursunun bütün uğursuzluğunu göstərib. Xüsusilə, Baş nazir daxili problemləri ört-basdır etməyə və xarici məsələlərdə özünü “axmaq” kimi göstərməyə çalışır. Aşotyan Paşinyanın bir sıra açıqlamalarına toxunub, onları xoşagəlməz ifadələrlə sərt şəkildə tənqid edib.

Onun sözlərinə görə, Paşinyan “xəritə müqabilində məhbuslar” sövdələşməsinə haqq qazandırmaq üçün bəyan edir ki, beynəlxalq ictimaiyyət onu etimad mühiti yaratmaq üçün minalanmış ərazilərin xəritələrini Bakıya təhvil verməyə çağırıb.

Siyasətçi Paşinyanın Ağdam-Xankəndi yolundan istifadə məsələsini müzakirə etməməsi barədə dediklərini də qəbuledilməz sayır, çünki onun bu barədə mandatı yox idi, baxmayaraq ki, bu məsələ onun iştirakı ilə Mişel-Paşinyan-Əliyev görüşündə müzakirə olunub.

O, Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizmi ilə bağlı deyilənləri tənqid edərək, hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının belə işləmədiyinə, dünyanın onların həyata keçirilməsi və Qarabağ ermənilərinin xilası üçün heç bir iş görmədiyinə toxunub.

Paşinyanın xarici siyasətin “regionallaşdırılması” tezisinə gəlincə, Ermənistan Respublikaçılar Partiyasının sədr müavininin fikrincə, baş nazir bu pərdə altında Rusiyanı Cənubi Qafqazdan çıxarıb Türkiyə ilə əvəz etmək istəyir.

Poliqon.info