Şahruddinin biabırçı səhvi gündəm oldu

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Rakuv" - "Qarabağ" matçında Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev kobud səhvi ilə yadda qalıb.

Poliqon.info sfera.az-a istinadla xəbər verir ki, bu, matçın 71-ci dəqiqəsində qeydə alınıb.

Belə ki, Polşa klubunun futbolçusu Fabian Pyasetskinin o qədər də güclü olmayan zərbəsi Şahruddin Məhəmmədəliyevin qucağına gəlib. Lakin qapıçı bu topu tuta bilməyib və meydan sahibləri qola sevinib.

Millimizin qapıçısının kobud səhvi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Poliqon.info