İranlı idmançı beynəlxalq yarışlardan kənarlaşdırıldı

Ağır atletika üzrə İran milli komandasının üzvü Əli Haşəmi üç il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, 109 kq çəki dərəcəsində yarışan idmançının dopinq testi müsbət çıxıb.

Qərar idmançının qan nümunəsinin Almaniyanın Köln laboratoriyasının müsbət analiz cavablarından sonra elan edilib.

Poliqon.info