38 il hakimiyyətdə qalan Baş nazir istefa verir və vəzifəsini oğuna ötürür...

Kambocanın Baş naziri 38 illik hakimiyyətdən sonra istefa verdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə günü Associated Press Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə Kambocanın Baş naziri Hun Sen üç həftə ərzində istefa verəcəyini və vəzifəsini böyük oğlu Hun Manetə təhvil verəcəyini bildirib.

Hun Sen qərarını Kamboca kralı Norodom Sihamoniyə bildirdiyini və kralın bununla razılaşdığını qeyd edib.

Xəbərdə qeyd edilir ki, Hun Sen bu bəyanatı hakim Kamboca Xalq Partiyasının ölkədə keçirilən parlament seçkilərində Milli Assambleyada (parlamentin aşağı palatası) 125 yerdən 120-ni qazanmasından sonra verib.

Yeni Baş nazir 45 yaşlı Hun Manet Kamboca Kral Silahlı Qüvvələrinin generalı və Kral Kamboca Ordusunun komandanıdır.

Hun Sen 38 ildən çoxdur ki, hakimiyyətdədir. O, 1985-ci ilin yanvarında Kambocanın Baş naziri vəzifəsini icra edir.

Poliqon.info