Moldova ölkədəki rus diplomatlarının sayını azaldır..

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku hökumətin iclasında Kişinyovda akkreditə olunmuş rusiyalı diplomatların sayını məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb.

“Rusiyadan akkreditə olunmuş diplomatların sayının məhdudlaşdırılması zərurəti ilə bağlı razılığa gəldik. Mən bu barədə indi rəsmi açıqlama verirəm. Artıq səfirlik nümayəndələrinə məlumat verilib”, deyə nazir bildirib.

Niku Popeskunun sözlərinə görə, bu, münasibətlərin son dinamikası, həmçinin Rusiyanın Moldovada kəşfiyyat fəaliyyəti ərəfəsində dərc edilmiş jurnalist araşdırması ilə bağlıdır.

“Diplomatik xidmətlərin yaxşı münasibətlərin inkişafına diqqət yetirməsi vacibdir, əks halda hərəkətlər sabitliyi pozmağa yönəlib və diplomatik fəaliyyətlə bağlı olmayanda bu, çətindir”, deyə Popesku vurğulayıb.

Qeyd edək ki, “casus qalmaqalı” ilə əlaqədar Rusiya səfiri Oleq Vasnetsov vəziyyəti izah etmək üçün iyulun 26-da XİN-ə çağırılıb. Ona məlumat verilib ki, hadisələrin gələcək inkişafından asılı olaraq Moldova hakimiyyəti cavab tədbirlərinin bir neçə variantını nəzərdən keçirəcək.

Poliqon.info