İsveçin XİN başçısı Quranın yandırılmasını "“alçaqlıq” adlandırıb...

İsveç xarici işlər naziri Tobias Billström ölkəsində Qurana qarşı edilən hücumları “alçaqlıq” adlandırıb və hökumətinin bu cür hücumların təkrarlanmaması üçün qanunları dəyişdirməyə çalışdığını bildirib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyindən bildirilib.

Belə ki, İsveçin xarici işlər naziri Tobias Billström və Əlcəzair xarici işlər naziri Əhməd Attaf arasında telefon danışığı olub. Bu zaman isveç nazir ölkəsinin hökumətinin bu cür davranışın qarşısını almaq imkanlarını məhdudlaşdıran konstitusiya məhdudiyyətlərinin mövcudluğuna diqqət çəkərək, İsveçin “alçaqlıq” kimi xarakterizə etdiyi bu hərəkətlərə görə dərin təəssüfünü bildirib və hadisəni açıq şəkildə qınayıb.

“Biz çalışırıq ki, Qurana qarşı hörmətsizlik təkrarlanmasın”, deyə nazir vurğulayıb.

Bilström həmçinin Əhməd Attafa İsveç Ədliyyə Nazirliyi tərəfindən “ictimai asayişin qorunması ilə bağlı İsveç qanununun bu qəbuledilməz davranışın aradan qaldırılması zərurətinə uyğunlaşdırılması imkanlarını qiymətləndirmək” təşəbbüsü haqqında məlumat verib.

Digər tərəfdən, əlcəzairli nazir İsveçin birgəyaşayış, yardım əlini uzatma, ayrı-seçkilik və təcrid kimi dəyərlərinə diqqət çəkərək, Qurana hörmətsizliyin İsveçin dəyər və ənənələri ilə də ziddiyyət təşkil etdiyini vurğulayıb.

Poliqon.info