Ukrayna ərazilərini minadan təmizləmək üçün əlavə humanitar yardım ayrılıb...

Ukraynanın müttəfiqləri ölkədə humanitar minatəmizləmə üçün əlavə 244 milyon dollar ayırmağı vəd ediblər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, ABŞ Dövlət Departamentinin dekabr ayına olan hesablamalarına görə, təxminən 160.000 kvadrat kilometr minalanmış ərazinin humanitar yardıma ehtiyacı var.Bu, Almaniyanın demək olar ki, yarısıdır.

İlin sonuna qədər Kiyev Xorvatiyanın DOK-ING şirkətindən 10, İsveçrənin Global Clearance Solutions şirkətindən isə daha 10 mina təmizləmə maşını alacaq.

Tərəfdaşlar həmçinin yüzlərlə metal detektorları və xüsusi maşınlar, həmçinin xüsusi dəstlər və avadanlıqlar təqdim etməyi öhdələrinə götürüblər.

Təchizatçılar arasında Yaponiya, Kanada, Koreya, İsveçrə, Litva kimi ölkələr, o cümlədən Hovard Baffet Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı kimi beynəılxalq təşkilatlar var.

Poliqon.info