Rusiya-Afrika sammitində liderlərin sayı əvvəlki tədbirlə müqayisədə iki dəfə azalıb...

Kreml Qərbin Afrika ölkələrinə təzyiq göstərməsindən şikayətlənir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Rusiya prezidentin müşaviri Yuri Uşakov bildirib ki, sammitdə 21 dövlət və hökumət başçısı iştirak edəcək. 2019-cu ildə bu göstərici 43 olub.

FT yazır ki, sammitə gələn Afrika ölkələrinin bu qədər azalması Putinə zərbədir.

Nigeriya, Keniya və Konqo Demokratik Respublikası, Zambiya liderləri sammitə gəlməyəcək. Beş ölkə ümumiyyətlə forumda təmsil olunmayacaq.

“Confluence Advisory” beyin mərkəzinin direktoru Holud Khair FT-yə deyib ki, liderlərin Rusiya-Afrika sammitində iştirak etmək və ya iştirak etməmək üçün müxtəlif səbəbləri var. Bəziləri qida təhlükəsizliyi, bəziləri isə təhlükəsizlik səbəbi ilə sammitə gəlməkdən imtina etsə də, bəzi Afrika ölkələri elə bu səbəbdən sammitə qatılırlar.

Poliqon.info