Rusiya Ukraynanın əks-hücumuna Xarkov istiqamətində hücumla cavab verir...

Rusiya növbəti dəfə Ukraynanın şimal-şərqində təxminən 100 km uzanan cəbhə xətti boyunca davamlı hücum əməliyyatları həyata keçirir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin məqaləsində bildirilir. Qəzet yazır ki, son günlər ruslar Xarkov və Luqansk istiqamətində Kupyanskdan Kremennaya qədər olan ərazidə kiçik irəliləyişlərə nail olublar.

Ukrayna cəbhəni gücləndirmək üçün bu əraziyə döyüş təcrübəsi olan bölmələr göndərir. NYT-yə danışan Ukrayna əsgərləri deyirlər ki, rus qoşunlarının uğurları əhəmiyyətsiz olub, itirilmiş ərazilərin bir hissəsini geri alıblar.

Ukrayna hərbçilərindən biri bildirib ki, Rusiya Silahlı Qüvvələri hücumdan əvvəl Ukrayna istehkamlarına onlarla raket və minaatan mərmisi atırlar. Sonra həbsxana koloniyalarından cəlb edilmiş 10-12 piyada göndərirlər. Onların ardınca isə çeçen əsgərlərinin dəstələri gəlir. Daha sonra isə peşəkar əsgərlər gəlir.

NYT qeyd edir ki, Rusların Liman qəzəsbəsini ələ keçirməsi Kremlə bunu qələbə kimi təqdim etməyə imkan verəcək. Amma Ukrayna Silahlı Qüvvələri öz mövqelərini qoruyub Kremennaya doğru irəliləyə bilsələr, o zaman rusların maddi-texniki təminatını qıra, sonra isə Baxmutun arxasına keçə biləcəklər.

Poliqon.info