"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - Yenilənib

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib...

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.

Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.

Beləliklə, Azərbaycan klubu avrokuboklardakı debüt matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.

***

Bu gün Azərbaycan təmsilçiləri UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq

Poliqon.info xəbər verir ki, ilk olaraq meydana "Sabah" komandası çıxacaq.

Murad Musayevin baş məşqçi olduğu kollektiv Latviyada RFŞ-in qonağı olacaq və paytaxt təmsilçisi avrokuboklarda debüt edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü çexiyalı FIFA referisi Yan Maxalek idarə edəcək. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra "Bank Respublika Arena"da təşkil olunacaq

26 iyul

UEFA Konfrans Liqası

RFŞ (Latviya) - "Sabah" (Azərbaycan)

Baş hakim: Yan Maxalek (Çexiya)

Yurmala. Sloka stadionu

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" və "Neftçi" ilk matçlarını iyulun 27-də keçirəcəklər.

Poliqon.info