Cəbrayılda ər-arvad yol qəzasına düşüb, qadının boynu sınıb

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Xudiyev Vidadi Camal oğlu və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xudiyeva Pərvanə Əhməd qızı xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info