Amerika kəşfiyyatı: Rusiya Tatarıstanda İtanla müştərək PUA zavodu tikir...

ABŞ kəşfiyyatı Rusiya və İranın Tatarıstanda Pilotsuz Uçan Aparat zavodu tikdiyi barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, bu zavod Moskvanı yeni İran kamikadze dronlarla təmin edəcək. ABŞ kəşfiyyatı qeyd edib ki. zavodun istehsan gücü Rusiyanın əvvəllər Tehrandan aldığı dronlardan daha böyükdür. Bu da Moskvanın Ukraynanın mülki obyektlərinə daha çox ziyan vurmağa çalışdığını gösətrir.

Qeyd edək ki, Rusiya İran kamikadze dronlarından Ukrayna ordusuna qarşı deyil, mülki obyektlərin vurulması üçün istifadə edir.

Zavodun tikintisi böyük ehtimalla 2024-cü ilin əvvəlində başa çatacaq. ABŞ kəşfiyyatı qeyd edir ki, yeni pilotsuz təyyarələr münaqişənin gedişatına əhəmiyyətli təsir göstərə bilər.

Poliqon.info