Zaqatala dağlarında itən turist: “Qarşımıza ayı çıxdı” - Video

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər - Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar...

Artıq Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc iki gün barədə Apa TV-yə danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirib.Əbdül Rzayev deyir ki, o qorxunc günlərdə həyatda qalmaqlarına kömək edən ən böyük amil özləri ilə götürdükləri çadır və ehtiyat qidalar olub.

Daha ətraflı süjetdə:

Poliqon.info