Güclü külək paytaxtda ağacları sındırdı - Foto 

Güclü külək səbəbindən paytaxtda dörd ağac sınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, günün ikinci yarısından etibarən müşahidə edilən küləkli hava şəraiti səbəbindən paytaxtın Səbail, Yasamal rayonları ərazisində dörd ağac sınıb:

“Aidiyyəti üzrə daxil olan məlumat əsasında əraziyə birliyin əməkdaşları cəlb olunublar. Küləyin yaratdığı fəsadlar aradan qaldırılıb”.

##galery##

Poliqon.info