Azərbaycan və Türkiyə arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi açıqlanıb

Ötən il Azərbaycandan Türkiyəyə 0,8 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Kemal Koloğlu deyib.

K. Koloğlu bildirib ki, Türkiyənin Azərbaycana qeyri-neft ixracı isə 2,8 milyard ABŞ dolları təşkil edib.

Bu dövrdə iki ölkə arasında 3,6 milyard ABŞ dollarlıq qeyri-neft sektoru üzrə ixrac-idxal əməliyyatları daxil olmaqla ümumi ticarət dövriyyəsi təxminən 6,4 milyard ABŞ dolları olub.

“Türkiyə əsasən Azərbaycandan pambıq, pambıq ipliyi, alüminiumdan olan əşya və gübrə idxal edir. Azərbaycan isə Türkiyədən əsasən maşın avadanlıqları, məişət avadanlıqları, elektrikli alətlər, dəmir-polad, tibbi və əzcaçılıq məhsulları, mebel alıb”, - o qeyd edib.

Poliqon.info