Paşinyan Azərbaycanla normallaşma prosesində Rusiyanın fəallığının azaldığını bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb...

APA xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə buna səbəb kimi Ukrayna müharibəsini göstərib.

O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.

Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.

Poliqon.info