“Azərişıq” azad olunan ərazilərdəki abonentlərinin sayını açıqlayıb

“Azərişıq” ASC-nin işğaldan azad olunan ərazilərdə artıq 932 abonenti var...

Poliqon.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Hadrutda qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, qeyd olunan abonentlərin 279-u qeyri-əhali abonent qrupunun payına düşür.

İşğaldan azad olunan ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin ediliblər: “Növbəti illərdə abonentlərin sayı daha çox artacaq”.

Poliqon.info