Putin ən azı 3-4 gün əvvəl Priqojinin qiyamından xəbərdar olub...

Rusiya kəşfiyyat xidmətləri Putinə ən azı 3-4 gün əvvəl Priqojinin qiyam hazırlaya biləcəyi barədə xəbərdarlıq ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti Avropa kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazır ki, bu xəbərdarlıqdan sonra strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib,dövlət qurumlarında mühafizəçilərin sayı artırılıb və onlara daha çox silah verilib.

WP-nin mənbəsi bildirib ki, bundan əlavə heç bir tədbir görülməyib.

Nəşrin həmsöhbəti qeyd edib ki, Putinin qiyamın qarşısını almaq və təşkilatçıları həbs etmək üçün kifayət qədər vaxtı olub. Lakin üsyan başlayanda dövlətin bütün səviyyələrdə iflic, mütləq narahatlıq və çaşqınlıq içində olub.

“Uzun müddət dövlət qurumları və t\hlükəsizlik xidmətləri qiyama necə reaksiya verəcəklərini bilməyiblər və mərkəzdən də qiyama qarşı heç bir təlimat gəlməyib”, deyə mənbə bildirib.

Poliqon.info