Konqres Baydenin impiçment edilməsini nəzərdən keçirir...

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenin iddia edilən korrupsiya sxemləri ilə bağlı prosesi dövlət başçısının impiçmentinə cəlb edə bilər...

Poliqon xəbər verir ki, bunu ABŞ parlamentinin aşağı palatasının spikeri Kevin Makkarti bildirib.

Spiker Fox News telekanalına açıqlamasında qeyd edib ki, söhbət Ağ Ev rəhbərinin ailəsinin Çindən milyonlarla dollar əldə etməsindən gedir.

“Bayden prezidentliyə namizədliyini irəli sürərkən amerikalılara heç vaxt biznes haqqında danışmadığını söylədi. O bildirib ki, ailəsi Çindən bir dollar da almayıb, amma indi bunun doğru olmadığını sübut etmişik. O, impiçment sorğusuna gedəcək və bu, Konqresə bütün lazımi məlumatları əldə etmək üçün ən güclü səlahiyyət verəcək”, deyə Makkarti izah edib.

Nümayəndələr Palatasının spikeri əlavə edib ki, Birləşmiş Ştatlar "Vatergate qalmaqalı" fonunda ölkə tarixində vaxtından əvvəl vəzifəsini tərk edən yeganə dövlət başçısı olan 37-ci prezident Riçard Niksondan sonra belə bir siyasət görməyib.

Makkarti vurğulayıb ki, Bayden əslində ailəsinin maraqlarından çıxış edir.

Poliqon.info