Ukrayna Krıma və Kerç körpüsündə zərbə endirməkdə davam etdirəcək...

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna Krıma və Krım körpüsündə zərbələri davam etdirəcək...

Poliqon xəbər verir ki, Ukrayna rəsmisi bu barədə CNN telekanalına bildirib.

Reznikov hesab edir ki, Krım və Kerç körpüsü qanuni hədəflərdir, çünki onlara qarşı hücumlar düşmənin döyüş qabiliyyətini azaltmağa və ukraynalıların həyatını xilas etməyə kömək edəcək.

Ukraynanın körpünü tamamilə dağıtmaq istəməsi ilə bağlı suala müdafiə naziri belə cavab verib:

“Logistika xətlərinin məhv edilməsi normal taktikadır ki, daha çox döyüş sursatı, yanacaq, ərzaq və s. əldə etmək mümkün olmasın. Ona görə də bu taktikadan istifadə edəcəyik”.

Həmçinin Reznikov qeyd edib ki, Ukraynanın Qara dənizdəki Rusiya gəmiləri Kiyevi təhdid edərsə, onlara zərbə endirmək imkanları və silahları var.

Poliqon.info