"Azərpoçt" I yarımilin maliyyə nəticələrini açıqlayıb

Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 4,2 milyon manat əməliyyat mənfəəti, 2,3 milyon manat xalis mənfəət əldə edib.

"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə "Azərpoçt"un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox - 33 milyon manat, xərcləri isə 16 % çox - 31 milyon manat təşkil edib.

"Xərc artımının 55 %-i əməkhaqqı xərclərinin payına düşüb. Bu xərclər son 1 ildə 15 % artıb. Səbəb bu ildən ölkədə minimum əməkhaqqının 300 manatdan 345 manata çatdırılmasıdır. “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə I rübdə 540 nəfərin maaşı 500 manata qədər artırılıb", - deyə Ə.Cəlilov qeyd edib.

Poliqon.info