Şirvanda avtoxuliqanlıq edən şəxslər saxlanılıblar - Foto

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan “Xəzər” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, VAZ-21074 markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hər iki sürücü - Cavid Əsgərzadə və İsmayıl Məcidov - barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 25 sutka inzibati qaydada həbs ediliblər.

##galery##

Poliqon.info