ABŞ Ukraynaya 400 milyon dollar əlavə hərbi yardım göndərəcək...

Yeni yardım paketinə HIMARS və NASAMS sistemləri üçün döyüş sursatları, Stinger və Javelin raketləri, həmçinin Hornet pilotsuz təyyarələri daxildir...

Poliqon xəbər veirki, Associated Press agentliyinin adının çəkilməyən amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, ABŞ hakimiyyəti Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardım paketi göndərəcək.

“Administrasiya Ukraynaya 400 milyon dollara qədər əlavə hərbi yardım göndərir”, deyə mənbə Agentliyə bildirib.

“Silahlar Pentaqonun anbarlarından daşınacaq. Tezliklə təhvil verilməlidir. Hərbi yardım paketinə həmçinin haubitsa döyüş sursatı, 32 Stryker zirehli transportyoru, Hydra-70 raketləri və 28 milyon atıcı silah da daxildir”, deyə mənbə əlavə edib.

Qeyd edək ki, bir həftə əvvəl ABŞ hakimiyyəti Ukraynaya 1,3 milyard dollar məbləğində silah yardımı ayırıb. Bu məbləğə dörd NASAMS zenit-raket kompleksi, Phoenix Ghost və Switchblade dronları daxildir.

Poliqon.info