Şirvanda zavodda partlayış nəticəsində xəsarət alan qadının son durumu açıqlandı

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində yaralanan şəxsin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Poliqon.info