BMT Cənubi Qafqazda sülh danışıqları istiqamətində yüksək səviyyəli dialoqu dəstəkləyir

BMT Baş katibi Antoniu Quterreş Cənubi Qafqazda uzunmüddətli sülh danışıqlarının axtarılıb tapılması istiqamətində yüksək səviyyədə gedən dialoqu dəstəkləyib.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş Romada Ermənistan prezidenti Vaaqn Xaçaturyan ilə görüşündə bildirib.

Baş katib Ermənistan prezidenti ilə Cənubi Qafqazda vəziyyəti və Laçın sərhəd-buraxılış məntəqəsi ətrafındakı durumu müzakirə edib.

Poliqon.info