İranda Azərbaycan-Ermənistan danışıqları barədə açıqlama

"Tehran Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yeni mərhələsini dəstəkləyir".

Poliqon xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib.

İranlı diplomat edib ki, Cənubi Qafqaz Tehran üçün böyük əhəmiyyət kəsb edir: "İran qonşular arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün sülh prosesini dəstəkləyir".

O, Ermənistan xarici işlər nazirinin İrana səfərinə də diqqət çəkib. Kənaninin sözlərinə görə, İran və Ermənistan xarici işlər nazirləri görüş zamanı bir sıra sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda səfərdədir. Hazırda o, iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlar aparır.

Poliqon.info