Bakıda mənzildən iki qardaşın meyiti tapıldı

Bakı şəhərində evdən iki qardaşın meyiti tapılıb...

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri - 1968-ci il təvəllüdlü (55 yaş) Həsənov Rəhman Xaliq oğlu və onun qardaşı 1971-ci il təvəllüdlü (52 yaş) Həsənov Əli Xaliq oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadıqları evdə aşkar edilib.

Onların narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info