Masallıda Mərkəzi Xəstəxanaya 11 nəfər günvurma diaqnozu ilə müraciət edib

Bu gün kəskin resprator virus infeksiyası və günvurma diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına 11 nəfər qəbul olunub...

APA - nın Cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar və Cəlilabad rayon sakinləri olan ümumilikdə 11 nəfər kəskin respirator virus infeksiyası diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Xəstəxanadan APA - ya bildirib ki, Masallı RMX- ya saat 10:50 radələrində kəskin respirator virus infeksiyası ilə 11 nəfər müraciət edib. Xəstələrin vəziyyəti stabildir.

Poliqon.info