İtaliyanın müdafiə naziri müharibənin gələn yay bitə biləcəyini açıqlayıb...

İtaliya hakimiyyəti Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli prosesinin intensivləşdirilməsinin tərəfdarıdır...

Poliqon xəbər verir ki, bunu La Stampa nəşrinə müsahibəsində İtaliyanın müdafiə naziri Gido Krosetto deyib.

Müdafiə naziri qarşıdurmadan çıxış yolu axtarmağa başlamağın vaxtı olduğunu qeyd edib:

“Münaqişəyə son qoymaq üçün sülh yolu və danışıqlara başlamaqda hər cür səy göstərməyin vaxtı çatıb. Ümid edirəm ki, gələn il bu vaxtı biz Ukraynadakı münaqişə haqqında daha çox danışmayacağıq”, deyə Krosetto bildirib.

O əlavə edib ki, Ukrayna böhranının başa çatması üçün vaxt çərçivəsini və şərtlərini müəyyən etməyin vaxtı çatıb. Krosetto vurğulayıb ki, bu, İtaliyanın Ukraynaya, o cümlədən hərbiyə kömək etmək öhdəliklərindən imtina etməsi demək deyil.

Poliqon.info