Britaniya Ukrayna ordusuna yardım baxımından ikinci donor ölkə olub...

Londonda Kiyevə 16 min artilleriya mərmisi verməyi planlaşdırırdılar, həmçinin Ukraynaya sursat tədarükünü 15 dəfə artırıblar...

Britaniya hakimiyyəti Ukraynaya 2022-ci ildə nəzərdə tutulduğundan 184 min çox artilleriya mərmisi verib.

Polqion xəbər verir ki, bu barədə iyulun 21-də Britaniyanın müdafiə naziri Ben Uollesə istinadən Sky News məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, London 2022-ci ildə Kiyevə 16 min mərmi ötürməyi planlaşdırırdı, lakin nəticədə tədarüklərin həcmi 15 dəfə artıb. Nazir qeyd edib ki, Britaniya hakimiyyəti də Ukraynaya 14 “Challenger II” tankı, 4000 tank sursatı və ən azı 5 milyon piyada əleyhinə silah göndərib.

Bundan əlavə, Kiyev Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün 1,5 min zenit silahı, yemək və geyim alıb. Daha 4 milyon funt-sterlinq maşın və alətlərin ehtiyat hissələrinə xərclənib. Bütün bunlar iyulun 11-dək Ukraynaya verilib.

Ümumilikdə 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər Kiyevi dəstəkləmək üçün 2,3 milyard funt sterlinq xərclənib. Beləliklə, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə yardım baxımından ikinci donor ölkə olub. ABŞ bu siyahının başında gəlir.

Poliqon.info