Bakıda azyaşlı hovuzda boğulub

Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib

APA xəbər verir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Bəşir Əfqan oğlu Şirinzadə hovuzda ehtiyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırırlar.

Poliqon.info