Rusiyanın xarici borcunun ÜDM-ə nisbəti tarixi minimuma çatıb...

Rusiyanın müasir tarixində xarici borcun ÜDM-ə maksimum səviyyəsi 1999-cu ildə olub...

Rusiyanın xarici borcun ÜDM-ə nisbəti 2023-cü ilin birinci rübünün nəticələrinə görə, ən aşağı səviyyəyə - 15%-ə düşüb.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Rusiya Federasiyası Mərkəzi Bankının məlumatlarına istinadən yazıb. Məlumatda qeyd edilir ki, may ayında Rusiya Federasiyasında ÜDM-ə münasibətdə qeyri-rezidentlərə borcun həcmi ötən ilin sonunda 16,6% təşkil edib. Həmin vaxt bu, 1993-cü ildən bəri ən aşağı nəticə olub.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən 2023-cü ilin birinci rübündə göstərici azalmaqda davam edərək 15,45% təşkil edib. Rusiya Federasiyasının dövlət və korporativ xarici borcu 2023-cü ilin mart ayının sonuna pul ifadəsində 354,8 milyard dollar təşkil edib ki, bu da təxminən 27,35 trilyon rubl təşkil edir.

Rusiyanın müasir tarixində xarici borcun ÜDM-ə maksimum səviyyəsi 1999-cu ildə olub. Həmin vaxt Rusiyanın xarici borcunun ÜDM-ə nisbəti 91%-ə çatıb.

Poliqon.info