ABŞ Hörmüz boğazına iki desant gəmisi göndəriir...

ABŞ İranın Hörmüz boğazında sərbəst ticarət axınına xələl gətirməklə bağlı təhdidinə cavab olaraq iki desant gəmisini əraziyə göndərəcək...

Poliqon xəbər verir ki, Pentaqon bu həftə Yaxın Şərqə də döyüş təyyarələri göndəriləcəyini açıqlayıb. Səbəb İranın neft tankerlərini ələ keçirməyə bir neçə dəfə cəhd etdiyi Hörmüz boğazında vəziyyətin gərginləşməsi olub. Müvafiq əmri Pentaqonun rəhbəri Lloyd Ostin verib.

F-35 və F-16 qırıcıları və idarə olunan raket daşıyıcısı olan “USS Thomas Hudner” gəmisi isə daha əvvəl boğaza göndərilib. Pentaqonun press-relizində deyilir:

“Bu hərəkətləri ilə Birləşmiş Ştatlar naviqasiya azadlığını təmin etmək və İranın regionda sabitliyi pozan fəaliyyətinin qarşısını almaq öhdəliyini nümayiş etdirir”.

Poliqon.info