Rusiya XİN: KTMT missiyasının Ermənistanda yerləşdirilməsi sərhəddə sabitləşməyə əhəmiyyətli töhfə verə bilər

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb. "Eyni zamanda, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir", - Rusiya XİN sözçüsü vurğulayıb.

Poliqon.info