Aİ Türkiyənin ittifaqla münasibətlərini müzakirə edəcək...

Bu həftə Aİ xarici işlər nazirləri Aİ-nin xarici idarəsinin Ankara ilə işləmək təkliflərini müzakirə edəcəklər...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb.

Nəticələr Avropa Komissiyasının Aİ ilə Türkiyə arasında münasibətlərə dair hesabatının əsasını təşkil edəcək. FT qeyd edir ki, Avropalı siyasətçilər suriyalı qaçqınları qəbul edən və onların Avropaya getməsinə icazə verməyən Ankaranın maliyyələşdirmə proqramını uzatmağa da hazırdır.

FT yazır ki, Aİ ilə Türkiyə arasında viza rejiminin liberallaşdırılmasında irəliləyiş mümkündür. Bununla belə, bu, Ankaradan məlumat mübadiləsi, antiterror qanunvericiliyi və proteksionist iqtisadi siyasətlərin yumşaldılması sahəsində irəliləyişə nail olmağı tələb edəcək.

Nəşr qeyd edir ki, Yunanıstan və Kipr Türkiyə Aralıq dənizində ərazi məsələlərinin həllinə doğru getməsə, Aİ-Türkiyə yaxınlaşmasına qarşıdır. Şərqi Avropa ölkələri də Ərdoğanın Moskvaya qarşı sanksiyalar tətbiq etməməsindən əsəbiləşib. Qərbi Avropa ölkələri isə insan hüquqlarının pozulduğu ölkə ilə yaxınlaşmaqdan narahatdırlar.

FT yazır ki, bununla belə, Aİ diplomatik bloku Ukraynada münaqişənin başlamasından sonra Ankaranın yeni “geosiyasi əhəmiyyətini” nəzərə alaraq, “Türkiyə ilə münasibətlərdə öz təsirini gücləndirmək və ya artırmaq üçün səyləri cəmləşdirməyi”təklif edir.

Poliqon.info