Borrel: Bu dünyada genişmiqyaslı ərzaq böhranına səbəb olacaq vəhşilikdir...

Ardıcıl üçüncü gecədir ki, davam edən Odessa limanının infrastrukturunu hədəfə alan Rusiya tərəfindən atəşə tutulması, eləcə də ixrac üçün nəzərdə tutulan taxıl ehtiyatlarının Rusiya tərəfindən qəsdən məhv edilməsi dünyada genişmiqyaslı ərzaq böhranına səbəb olacaq vəhşilikdir...

Poliqon xəbər verir ki, bunu Avropa İttifaqının Ali nümayəndəsi Jozep Borrel Brüsseldə Aİ Nazirlər Şurasının iclası başlamazdan əvvəl deyib.

“Bu gün təbii ki, biz Ukraynadakı vəziyyəti müzakirə edəcəyik. Rusiyanın Odessada bütün liman infrastrukturunu bombalayıb, dağıdıb. 3-cü gecə taxılını məhv etdiyi bir vaxtda nazir Kuleba bizimlə olacaq (Ukraynanın xarici işlər naziri Dmitri Kuleba telekörpü vasitəsilə qoşulacaq - red.). 60 min tondan çox taxıl yandırılıb. Deməli, onlar (ruslar-red.) nəinki Ukraynadan taxıl ixracı ilə bağlı taxıl sazişindən çıxıblar, həm də bu taxılı yandırırlar”, deyə Borrel bildirib.

Borrel qeyd edib ki, Odessadakı liman infrastrukturuna qarşı bu kütləvi hava hücumları təkcə mülki əhalinin tələfatına deyil, həm də orada yerləşən taxıl anbarlarının geniş şəkildə dağılmasına səbəb olur. Rusiyanın bu barbar hərəkətləri bu gün Aİ Şurasının iclasında nəzərə alınacaq. Avropa hökumət rəsmiləri Ukrayna XİN rəhbəri Kuleba ilə söhbət zamanı daha çox məlumat alacaqlarını gözləyirlər.

“Artıq bildiyimiz odur ki, bu cür hərəkətlər dünyada böyük, nəhəng ərzaq böhranı yaradacaq. Bu taxıl nəinki anbarlarda bloklanır, həm də məhv edilir. Bu o deməkdir ki, dünyada ərzaq qıtlığı, taxıl qıtlığı olacaq”, Aİ-nin yüksək nümayəndəsi əlavə edib.

Poliqon.info