Çin ABŞ-a xəbərdarlıq etdi: Qisasa qisas olmayacaq, amma cavab veriləcək...

Çinin Vaşinqtondakı səfiri Şi Finq ABŞ-ın Çinin çip sənayesi və investisiyalarını hədəf alan milli təhlükəsizlik tədbirlərinə cavab verə biləcəyi barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, səfir Kolorado şəhərində keçirilən Aspen Təhlükəsizlik Forumundakı çıxışında ABŞ-ın Çinə qarşı atdığı addımları və iki ölkə arasındakı əlaqələri dəyərləndirib.

ABŞ-ın çiplər də daxil olmaqla Çinə ixrac nəzarəti və sanksiyaları tətbiq edərkən Pekinin səssiz qalmayacağını bildiribən səfir "Çin yerində dayanın sakitcə baxa bilməz. Təxribat etməyəcəyik, amma təxribatlardan da qorxmayacağıq. Yəni, Çin lazım olan cavabı verəcək", deyib.

Çinin Vaşinqtonun addımlarına "qisasa qisas" prinsipi ilə yanaşmadığını vurğulayan Şi Finq "Biz ticarət və ya texnologiya müharibəsi istəmirik. Dəmir və silikon pərdə ilə vidalaşmaq istəyirik", deyə əlavə edib.

Qeyd edək ki, Amerika mətbuatında yer alan xəbərlərdə, ABŞ Ticarət Nazirliyinin bu ay "Nvidia" və digər çip istehsalçılarının Çin və digər əlaqəli ölkələrdəki müştərilərə əvvəlcədən lisenziya almadan istehsal etdiyi çiplərin daşınmasını dayandırmaq üçün hərəkətə keçə biləcəyi bildirilib.

Çin də həmçinin “milli təhlükəsizlik və maraqların müdafiəsi” səbəbilə çiplər və elektronika istehsalı üçün istifadə edilən qalium və germanium metallarının ixracını məhdudlaşdırıb.

Poliqon.info