Tərtərdə yol-nəqliyyat hadisəsi olub, körpə ölüb

Tərtərdə yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, 2000-ci il təvəllüdlü Kamran Səbiri oğlu Süleymanov idarə etdiyi VAZ-21723 markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək maşını yol kənarındakı betona vurub.

Nəticədə nəqliyyat vasitəsində sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov ölüb, sürücünün anası 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova xəsarət alıb.

Faktla bağlı Tərtər RPŞ-nin istintaq qrupunda Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Poliqon.info