"Fənərbağça" braziliyalı müdafiəçinin transferini açıqlayıb

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" İstanbul təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, İtaliyada "Udineze"sindən Rodriqo Bekao transfer olunub.

27 yaşlı braziliyalı müdafiəçi tibbi müayinədən keçmək üçün axşam saatlarında Türkiyəyə gedəcək.

Qeyd edək ki, Rodriqo Bekao 2019-cu ildən "Udineze"də çıxış edib.

Poliqon.info